Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar olaraq “100 illik xəzinə” adlı verilişin yayımlanmasına start verilib. Verlişin ilk buraxılışında Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev fakültənin inkişafı, tarixi və fəaliyyəti barəsində danışıb.
Qeyd edək ki, verilişin hazırlanmasında başlıca məqsəd 100 illik tarixə malik qocaman ali təhsil ocağının 16 fakültəsi barədə geniş məlumat verməkdir. Maariləndirici proqramın layihə rəhbərləri Vüqar Zifəroğlu, Ramin Rzayev, ideya müəllifi və aparıcısı Aygün Qurbanlıdır.
Verilişi izləmək istəyənlər BDU TV youtube kanalına müraciət edə bilərlər.
![]() |
![]() |