Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“100 illik xəzinə” radioverilişinin növbəti buraxılışları yayımlanıb

24/09/2019

Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında “100 illik xəzinə” adlı verilişin növbəti buraxılışları yayımlanıb.  Studiyanın  qonaqları  Biologiya  fakültəsinin dekanı, professor Akif Quliyev və Kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizov olublar. Veriliş boyunca  dekanlar  fakültənin tarixi və bugünki inkişafı, tədris prosesinin təşkili, beynəlxalq əlaqələr, tələbələrlə iş və sair mövzularda dinləyiciləri məlumatlandırıblar.

Qeyd edək ki, maarifləndirici proqramın hazırlanmasında başlıca məqsəd 100 illik tarixə malik qocaman ali təhsil ocağının 16 fakültəsi barədə geniş məlumat vermək, tarixi, inkişafı və fəaliyyətini işıqlandırmaqdır.

Verilişlər  “BDU TV” youtube kanalı vasitəsilə yayımlanır.


 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009