Şərqin ilk dünyəvi təhsil ocaqlarından olan BakıDövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətininyadigarıdır. 1919-cu ilin sentyabrında parlamentuniversitetin təsis olunması haqqında sənəd qəbuletdi. Universitetin ilk rektoru Vasili İvanoviçRazumovski parlamentdə çıxış edərək bu tarixihadisəyə yüksək qiymət verdi: "Siz böyük və tarixi işgördünüz... Mən çox şadam ki, darülfünunun təsisinəbütün partiyaların vicdanlı münasibət bəslədiyininşahidi oldum. Azərbaycanda, hətta müsəlmandünyasında bu böyük hadisə-darülfünunun təsisimərasimi təntənəsini qeyd etməyə, nəinkiparlamentin, buraya toplaşan kütlələrin şəxsindəictimai fikri gördüyümə də hədsiz xoşbəxtəm..."
Azərbaycan elminin, təhsilinin, mədəniyyətininmöhtəşəm məbədi olan Bakı Dövlət Universiteti 95 ildir ki, respublikanın bütün sahələrinə yüksək ixtisaslıkadrlar hazırlayır. Universitetin rektoru akademik Abel Məhərrəmov BDU-nun 90 illik yubileyindəki çıxışında bubarədə demişdi: "XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsininformalaşmasında, elmi ənənələrin zənginləşdirilməsində Bakı Dövlət Universitetinin əvəzsiz rolu danılmazdır".
Bu gün respublika alimlərinin əksəriyyətinin cəmləşdiyi Bakı Dövlət Universitetinin sükanı etibarlı əldədir.Rektor akademik Abel Məhərrəmov Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində universitetəməkdaşlarının apardığı işlərə böyük önəm verir. Və ona nail olmağa çalışır ki, rəhbərlik etdiyi elm ocağıdünyanın aparıcı universitetləri sırasında öz layiqli yerini tutsun.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti bu gün də respublikamızda elmin inkişafınaöz töhfəsini verir, təhsil islahatlarının həyata keçirilməsində başlıca rol oynayır.
Mən 1969-cu ildən indiyədək yüksək səviyyədə keçirilən yubileylərin iştirakçısıyam. Söz yox ki, universitetin 95illiyi də adına layiq səviyyədə keçiriləcək...
lll
Azərbaycan Dövlət Universitetində Jurnalistika fakültəsi yaranmamışdan hələ çox əvvəl, dəqiq desək, 1928-ciildə jurnalizm kafedrası mövcud olmuşdu. O vaxtlar Sovet İttifaqında jurnalistika təhsili iki məktəbdə həyatakeçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda.
1945-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsi açıldı. Yeniyaranan partiya-sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi kafedrasının ilk müdiri, tarix elmləri namizədi,dosent Həsən Şahgəldiyev oldr. "Yeni yol", "Nuxa fəhləsi" qəzetlərinin redaktoru olmuş təcrübəli qəzet işçisiH.Şahgəldiyev 1952-ci ilə kimi bu vəzifədə çalışıb.
Jurnalistika şöbəsində Nəsir İmanquliyev, Nüsrət Bağırov, Qılman Musayev (İlkin), Cümşüd Əzimov, İsrafilNəzərov kimi jurnalistlər dərs deyirdi. Fəxrlə deyə bilərik ki, elm aləmində tanınan: Məmməd Arif, Mir Cəlal, ƏliSultanlı, Feyzulla Qasımzadə, Məmməd Hüseyn Təhmasib, Məmməd Qazıyev və bir çox digər görkəmli şəxslərgələcək jurnalistlərin müəllimləri olmuşlar.
1950-ci ildə jurnalistika şöbəsinin ilk buraxılışı olmuşdur. Azərbaycan jurnalistlərinin ağsaqqalı, mətbuattariximizin yorulmaz tədqiqatçısı, bizim hamımızın müəllimi, Prezident təqaüdçüsü, N.Zərdabi vəY.Məmmədəliyev mükafatları laureatı, "ömrü boyu vətəninə, millətinə, doğma ana dilinə səcdə qılan, onlarıntaleyini öz şəxsi taleyi bilən və bu əqidəsi yolunda qələmi ilə çarpışan əsl vətəndaş jurnalist" (BəxtiyarVahabzadə) Şirməmməd Hüseynov şöbənin ilk məzunlarındandır.
Böyük Vətən Müharibəsindən sonrakı illərdə jurnalist təhsilinə dövlət tərəfindən diqqət artırıldı. 50-ci illərinsonunda əyani şöbə ilə yanaşı, qiyabi şöbənin Azərbaycan və rus bölmələri açıldı. Rus bölməsi uzun illərfəaliyyət göstərmiş, 90-cı illərin əvvəllərində məlum hadisələrlə bağlı fəaliyyətini dayandırmışdır. Sonralar rusbölməsi fəaliyyətini bərpa etdi.
1969-cu il jurnalist təhsili tarixində əlamətdar ildir. Belə ki, həmin ildə şöbə müstəqil fakültəyə çevrildi. Həminildən nə az, nə çox düz 45 il keçir. Onun ilk dekanı, yazıçı-publisist, professor Nurəddin Babayev olmuşdur.Bilik və təcrübəsini tələbələrə həvəslə öyrədən N.Babayev Azərbaycanda bədii oçerkin inkişafına həsr olunmuş"Mübariz janr", "Oçerk sənətkarlığı", "Elə yaz ki..." kimi kitabların müəllifidir. Jurnalist etikasından mühazirələroxuyan N.Babayev tələbələrə aşılayırdı ki, jurnalist etikası bütün etikaların ən mütərəqqi, ən insanpərvər, ənzərif etikadır. Gərək elə yazasan ki, qüsurlar, əyintilər sənin yazında hamarlanıb düzəlməsin, həyat həqiqətləritəhrif edilib saxtalaşdırılmasın.
1971-ci ilə kimi fakültədə bir kafedra - Partiya-sovet mətbuatının nəzəriyyəsi və təcrübəsi (sonralarJurnalistikanın nəzəriyyəsi və təcrübəsi adlanıb) kafedrası fəaliyyət göstərirdi. 1973-cü ilədək ona professorNurəddin Babayev, həmin ildən 2003-cü ilədək Azərbaycanda jurnalistika elminin inkişafında böyük xidmətləriolmuş, jurnalistikaya dair kitabların müəllifi, şair, publisist prof. Famil Mehdi başçılıq etmişdir.
Keçən əsrin 70-80-ci illərdində fakültə əməkdaşları jurnalistikanın əsas janrlarının tədqiqinə, onun nəzəriəsaslarının yaranması və inkişafı, televiziya və radio jurnalistikasının əsasları, tərcümə problemlərinə, mətbuattariximizin öyrənilməmiş sahələrinə həsr olunmuş 21 kitab yazmış və elmi məcmuələrdə 300-ə yaxın məqalədərc etdirmişlər.
Respublikamız müstəqillik əldə etdikdən sonra fakültədə jurnalist kadrların hazırlanmasına xüsusi diqqətyetirilir. Əslində, Azərbaycanda yeni jurnalistikaya keçid müstəqillikdən sonra daha geniş vüsət aldı.Müstəqilliyin ilk aylarında özəl sektorun yaranması da özünü mətbuatda göstərmişdir. İlk özəl qəzetlər, ilkkommersiya televiziya kanalları meydana gəlmişdir. Cəmiyyətdəki dəyişikliklər, hər təzə tədbir əvvəlmətbuatda öz əksini tapır. Bir sözlə, müstəqillik kütləvi informasiya vasitələrini inkişaf yoluna çıxardı. Belə birşəraitdə müasir dövrün tələblərinə cavab verən jurnalist kadrları hazırlamaq müəllimlərin daha məsuliyyətiolmasını ön plana çəkir.
Jurnalist peşəsi çətin, həm də məsuliyyətli peşədir. Bu gün jurnalistlərin səsi dünyanın hər yerindən gəlir. Onlarhəyatın qaynar nöqtələrində olarkən onun ağırlıqlarını öz çiyinlərində daşımalı olurlar.
Fakültənin əyani və qiyabi şöbələrində təhsil Azərbaycan və rus dillərində aparılırdı. Bu ildən əyani şöbədəingilis dilində də tədrisə başlanmışdır. Fakültədə 400-ə yaxın tələbə təhsil alır. Onların arasında qardaş Türkiyəvətəndaşları da var.
2006-2007-ci tədris ilindən təhsil Boloniya bəyannaməsinin müddəaları əsasında həyata keçirilir. Təhsil ikipilləlidir: Bakalavr və magistratura. Bakalavr pilləsini bitirənlərə "Jurnalist" ixtisası diplomu verilir.Magistrantlar 5 ixtisas üzrə hazırlanır: Publisist-jurnalist; jurnalistikanın nəzəriyyəsi; radio-televiziyajurnalistikası; mətbuat tarixi və beynəlxalq jurnalistika.
Tədris televiziya və radio studiyası, "Jurnalist" elmi araşdırma və qəzet laboratoriyaları, kompüter mərkəzi,Amerika səfirliyi, multimedia mərkəzi, həmçinin universitet rektorunun maliyyə dəstəyi ilə yaradılmış internetTV studiyası jurnalist tələbənin ixtiyarına verilmişdir.
Bu gün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində 4 kafedra fəaliyyət göstərir. Jurnalistikanınnəzəriyyəsi və təcrübəsi (müdir, professor C.Məmmədli), mətbuat tarixi (müdir, professor Ş.Vəliyev), televiziyavə radio jurnalistikası (müdir, dosent A.Kərimova), beynəlxalq jurnalistika (müdir, professor H.Vəliyev).
Qarabağ müharibəsinin vurduğu yaralar fakültəmizdən də yan keçmədi. Müharibə bölgəsində şəhid olmuş ikiməzunumuz - Alı Mustafayev və Kazımağa Kərimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.
Kafedraların əməkdaşları bir sıra xarici ölkələrin jurnalistika fakültə və şöbələri ilə əlaqə saxlayır. Məsələn,Fransanın Lil jurnalistika məktəbi ilə yanaşı, Moskva, Kiyev, Lvov, Daşkənd, Astana, Tiflis universitetləri iləəlaqələr qurulmuşdur.
Kütləvi informasiya vasitələri üçün kadrların hazırlanmasında xidmətləri olmuş müəllimlər - Nurəddin Babayev,Nəsir İmanquliyev, Famil Mehdi, Qulu Xəlilov, Tofiq Rüstəmov, Ceyran Əbdürrəhimova, Nəriman Zeynalov, ƏlişNəbili və digərləri universitetin 95, jurnalistika fakültəsinin 45 illiyində bir daha böyük ehtiramla yad edilir.
Fakültənin professor-müəllim heyəti həmişə şərəfli tarixə malik milli mətbuatımızın ənənələrinə sadiqliyi iləseçilmiş və indi də bu ənənələri gələcək jurnalistlərə aşılayır.