BDU Jurnalistika fakültəsi Televiziya və Radio Jurnalistikası kafedrasının dəvəti ilə IX "START" Beynəlxalq Qısa Film Festivalının direktoru Fehruz Şamıyev fakültənin II kurs tələbələri ilə görüşüb. Görüşü giriş sözü ilə açan fənn müəllimi Leyla Rəşid Mədəniyyət Nazirliyinin, İdman və Gənclər Nazirliyinin təşkilatşılığı ilə keçirilən beynəlxalq festival haqqında danışıb. Fehruz Şamıyev festivalın sənədli filim və mobil film nominasiyalarında iştirakla bağlı tələbələrə geniş məlumat verib.
Televiziya və Radio Jurnalistikası kadedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədli fakültə tələbələrinin yerli və beynəlxalq festivallarda iştirakını müsbət qiymətləndirıb. Bildirıb ki, tələbələr böyük texniki avadanlıqlardan istifadə etmədən, mobil yeniliklərdən faydalana bilər. Nəzəri biliklərinin təcrübəyə tətbiqində daha operativ ola bilərlər.
Professor Allahverdi Məmmədli tələbələrə və festivalın işinə uğurlar arzulayıb.
Sonda qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.
![]() |
![]() |
![]() |
![]() |