Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi Bəyanat yayıb

03/11/2020

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professor-müəllim heyəti beynəlxalq qurumlar və beynəlxalq jurnalist təşkilatlarına Bəyanat yollayıb. Bəyanatda Azərbaycan ordusunun erməni təxribatına qarşı 27 sentyabr 2020-ci ildən başlayan əks-hücum əməliyyatları barədə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması istiqamətində hazırlanmış obyektiv, qərəzsiz reportaj və süjetlərin erməni lobbisi tərəfindən təhdid və təzyiqlə qarşılandığı vurğulanıb.

Bəyanatda 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamaqla Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymadığı, ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəni nizamlamaq üçün aparılan diplomatik danışıqları səmərəsiz etməsi göstərilib. Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, bu münaqişənin həm tarixi, həm də hüquqi-siyasi mahiyyəti barədə obyektiv təsəvvürün formalaşmasında beynəlxalq medianın rolunun olduqca önəmli olması qeyd edilib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professor-müəllim heyəti jurnalistikanın obyektivlik, dəqiqlik və qərəzsizlik kimi ali prinsiplərinin rəhbər tutulmasının vacibliyini nəzərə çatdırmaqla, beynəlxalq təşkilatların jurnalistlərin peşə fəaliyyəti, hüquq və vəzifələri, informasiya ilə iş prinsipləri ilə bağlı qəbul etdikləri beynəlxalq sənədlərə istinad edərək beynəlxalq təşkilatları, beynəlxalq jurnalist qurumlarını məsələyə münasibət bildirməyə, erməni diasporu və lobbisinin media qurumlarına, ayrı-ayrı jurnalistlərə qarşı təhdidlərinə, zorakı hərəkətlərinə son qoymağa çağırıblar.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009