Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Jurnalistin yaradıcılıq prinsipi” mövzusunda ustad dərsi

22/10/2021

Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsində  “Jurnalistin yaradıcılıq prinsipi” mövzusunda ustad dərsi keçirilib. Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli tərəfindən keçirilən ustad dərsində fakültənin bakalavr və magistr  pilləsində təhsil alan tələbələr iştirak edib.

Giriş sözü ilə çıxış edən  elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva  bugünki tədbirlə bağlı iştirakçıları məlumatlandıraraq  ustad dərslərinin davamlı olaraq keçiriləcəyini diqqətə çatdırıb.

Daha sonra professor Cahangir Məmmədli “Jurnalistin yaradıcılıq prinsipi” adlı mövzu ilə çıxış edib. Bildirib ki, jurnalist dəqiq, düzgün, operativ, qərəzsiz informasiyaları yaymalı, faktla işləməlidir. Qələmi iti olan jurnalistin peşəkarlığı məsələsinə toxunan professor hansı məqamlara diqqət edilməli olduğunu tələbələrə aşılayıb. Eyni zamanda təbliğat və təşviqat anlayışlarını, yaradıcılıq prinsiplərinə daxil olan əsas meyarları tələbə-jurnalistlərin  diqqətinə çatdırıb.

Sonda tələbələrin sualları səsləndirilib və maraqlı müzakirələr əsasında suallara aydınlıq gətirilib.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009