Bu gün jurnalistika fakültəsinin iclası keçirilib. İclası giriş sözü ilə BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Məcnun Əliyev açıb. Sonra Jurnalistika fakültəsi Həmkarlar İttifaqı Komitəsinin sədri Sima Rəhimovanın hesabatı dinlənilib. Müvəqqəti sədr seçilən Vüqar Əliyev gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə fakültə əməkdaşlarının fikirləri, təklifləri dinlənilib.
Daha sonra fakültə Həmkarlar İttifaqı Komitəsinin yeni heyəti seçildi. Heyət üzvlərinin yekdil səsverməsilə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi Zaur Babayev sədr seçildi.