ADAMİ Beynəlxalq Media mükafatları təşkilatının Şərqi Avropa üzrə təmsilçisi Nelli Mjavanadze və ADAMİ-nin Azərbaycan üzrə rəsmi nümayəndəsi Kamran Ağabalayev Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. Tədbiri giriş sözü ilə açan dekan, dosent Vüqar Zifəroğlu qonaqları salamlayıb, onları fakültədə görməkdən məmnunluğunu ifadə edib.
Daha sonra ADAMİ Media mükafatları təşkilatının Şərqi Avropa üzrə təmsilçisi Nelli Mjavanadze tələblərə qurumun yaradılma səbəblərindən danışıb, müsabiqənin keçirilmə məqsədi, müsabiqəyə qatılma qaydaları, mövzu seçimi barədə məlumat verib. O qeyd edib ki, təşkilat eyni zamanda Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrindən müsabiqəyə qoşulanlar və media işçiləri arasında informasiya-təcrübə mübadiləsini asanlaşdırmaqda mühüm rol oynayır.
Qeyd edək ki, ADAMİ Media mükafatları beynəlxalq təşkilatı 2015-ci ildə Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin KİV, kino, jurnalist və audiovizual sahədə çalışan mütəxəssisləri bir araya gətirmək məqsədilə yaradılıb. Avropada media nümayəndələri arasında ünsiyyət qurmaq üçün bir platform hesab olunan ADAMİ Media mükafatları əsasən, milli mədəniyyət, incəsənət, adət-ənənə, din, etnik rəngarənglik, mədəni müxtəliflik mövzularında hazırlanan materiallara verilir.
![]() |
![]() |
![]() |
![]() |