Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Hədəf liseyinin şagirdləri Tədris Tele-radio studiyasının qonağı olublar

12/04/2019

“Valideyndən şagirdə” layihəsi çərçivəsində Hədəf STEM liseyi 4 “a” sinifi şagirdlərinin Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasına ekskursiyası baş tutub. Şagirdləri salamlayan Jurnalistika fakültəsinin dekan müavini, dosent Aytəkin Zeynalova və Tədris tele-radio studiyasının rəhbəri Ramin Rzayev studiyanın fəaliyyəti, teleyayım üçün quraşdırılan müasir avadanlıqlar, sdudiyada hazırlanan xəbərlər, tələbə verilişləri, radio proqramları haqqında şagirdlərə məlumat veriblər.

Tədris Tele-radio studiyasına ekskursiya zamanı şagirdlər radio və televiziyada teleradioyayımının həyata keçirilməsi üçün istifadə olunan texnologiya ilə yaxından tanış olub, çəkiliş prosesini izləyiblər. Eyni zamanda radio və televiziya verilişlərinin hazırlanmasında, monaj prosesində studiyanın texniki heyəti ilə və digər əməkdaşlarla birgə fəaliyyət göstəriblər.

Fakültənin üçüncü kurs tələbələri Novruz Harun və Şəbnəm Qurbansoy studiyanın işi ilə şagirdləri yaxından tanış edib, televiziya və radio verilişlərin hazırlanması, mikrafon qarşında çıxış etmək vərdişləri ilə şagirdləri əyani şəkildə tanış ediblər.

Ekskursiya çərçivəsində şagirdlər professional Radio və Televiziya mühiti ilə tanış olmaqla bərabər, kamera və mikrofon qarşısında ilk debütlərini edərək 3 nəfərdən ibarət 6 qrupa bölünərək müxtəlif mövzularda çəkiliş aparıblar. Görüş müddətində geniş müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Hədəf STEM liseyinin sinif rəhbəri Aydan Qulamlı və Azərbaycan dili və ədəbiyyat müəllimi Könül İsmayılova görüşü təşkil etdiyi üçün fakültə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009