Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Akademik Abel Məhərrəmov qiyabi təhsil alan tələbələrin imtahanlarında olub

14/02/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov Biologiya fakültəsinin    biofizika və immunologiya fənlərindən imtahan verən V kurs tələbələrinin imtahan prosesini izləyib. Qiyabi təhsil alan tələbələrlə söhbət edən rektor, suallarla maraqlanıb, koordinator-nəzarətçilərdən isə köçürmə hallarının olub-olmamasını soruşub. İmtahanın gedişindən razılıq edən tələbələr rektora onları maraqlandıran suallar veriblər. Nəzarətçi-müəllimlər isə neqativ hallarının olmadığını bildiriblər.

Akademik Abel Məhərrəmov görüşdüyü bütün tələbələrə uğurlar arzulayıb, müəllimlərə isə tapşırıb ki, tələbələrin biliklərini obyektiv qiymətləndirsinlər.

 


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009