Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Akademik yazı qaydaları” adlı təlim keçirilib

15/04/2019

BDU-nun Jurnalistika fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə “Akademik yazı qaydaları” adlı təlim keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə TEC-in rəhbəri, dosent Vəfa İsgəndərova qeyd edib ki, təlimin əsas məqsədi tədqiqat işinin seçilməsi, ədəbiyyatın toplanması, mənbələrin yığılması, araşdırma zamanı lazımi qeydlərin aparılması və digər məsələləri tələbələrə izah etməkdir.

Təlimçi Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Akademik yazı və oxu mərkəzinin müdiri, dosent Sevil Qurbanova yazıya başlamazdan əvvəlki mərhələ, yəni bir-biri ilə əlaqəli olan ideyaların axtarılması, toplanması və bir araya gətirilməsi kimi məsələlərə aydınlıq gətirib. S.Qurbanova öncə akademik yazı mətnləri, onların istifadə oldunduğu mövcud sahələr barəsində məruzə edib. Akademik yazının əsas növlərindən olan “esse”nin yazılma qaydaları haqqında müzakirə aparılıb. Təlimçi giriş və nəticə hissələrinin yazılmasında rast gəlinən çətinliklərdən, onların aradan qaldırılması metodlarından danışıb.

Fakültənin ingilis bölməsinin tələbələri üçün nəzərdə tutulan təlim mövzuyla bağlı çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009