Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Akademik yazı” təlimi keçirilib

16/12/2019

Dekabrın 16-da Jurnalistika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə növbəti “Akademik yazı” təlimi keçirilib. “Barama” Media Mərkəzində təşkil edilmiş tədbiri giriş sözü ilə TEC-in elmi rəhbəri, Beynəlxalq jurnalistika kafedrasının dosenti Vəfa İsgəndərova açaraq qeyd edib ki, müxtəlif sahələrdə çalışan araşdırıcılar, magistr və doktorantlar üçün vacib olan elmi işin yazılma qaydaları ilə bağlı yenilikləri bilmək olduqca zəruridir. V.İsgəndərova vurğulayıb ki, mövzu seçimindən başlayaraq, yazı üslubu və metodlarına qədər dünya təcrübəsində tətbiq olunan ənənələri müəyyən qədər davam etdirmək elmin inkişafına töhfə verə bilər. Təlimi Xarici Dillər Universitetinin “İngilis dilinin leksikologiyası və üslubiyyatı” kafedrasının müəllimi Pərvanə Ağazadə aparıb. Qonaq öncə mövzunun seçilmə səbəbi, qarşıya qoyulan problemin çözümü və elmə veriləcək faydaları haqqında məlumat verib. Sonra araşdırma işinin məqsədi, təsviri və izahı barədə geniş söhbət açıb. Təlimçi eyni zamanda elmi işin təsvir üsulları, sorğunun keçirilməsi və mənbələrdən istifadə qaydaları barədə geniş söhbət açıb. Sonda plagiat məsələsi haqqında maraqlı diskussiya aparılıb.

Əsasən fakültənin magistrantlarının iştirak etdiyi təlim tələbləri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009