Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti Akif Rüstəmovun 75 illik yubileyi qeyd olunub. Tədbirdə iştirak edən jurnalistika fakültəsinin professor müəllim heyəti və digər əməkdaşlar A.Rüstəmovun pedaqoji fəaliyyətindən, elmi, publisistik yaradıcılığında danışıblar.
Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev bildirib ki, Akif Rüstəmov müasir Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsidir. O, elmi- pedaqoji fəaliyyəti dövründə jurnalistikanın nəzəriyyəsi və təcrübəsi problemlərini tədqiq etmiş, jurnalistikaya məsələlərinə dair elmi məqalələrin, dərsliklərin müəllifi kimi tanınmışdır.
Professor Şirməmməd Hüseynov qeyd edib ki, Akif Rüstəmov təkcə təcrübəli pedaqoq , eyni zamanda elmin, təhsilin , mədəniyyətin tərəqqisinə xidmət edən ziyalıdır.
Daha sonra çıxış edənlər də Akif Rüstəmovun səxsi keyfiyyətlərindən danışaraq onu tələbələrin dostu, sadə və məsuliyyətli insan kimi xarakterizə ediblər.