Bakı Dövlət Universiteti Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi dos. Akif Rüstəmovun "Jurnalistika" adlı kitabı çapdan çıxıb. Dərs vəsaitində Azərbaycanda və xarici ölkələrdə jurnalistikanın yaranması və təşəkkülünə nəzər salınmış, "əlavələr" bölmələrində beynəlxalq təşkilatların mediaya dair qəbul etdikləri sənədlər, tanınmış şəxsiyyətlərin mətbuat və söz azadlığı barədə məqalə və çıxışlarından nümunələr verilmişdir.
Kitab jurnalistika fakültəsinin tələbələri və KİV-də çalışanlar üçün nəzərdə tutulmuşdur.