Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Alim Qasımov Jurnalistika fakültəsinin qonağı olub

24/02/2020

Azərbaycan Respublikasının xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov Jurnalistika fakültəsinin Tədris teleradio studiyasının qonağı olub. Qonağı salamlayan fakültə dekanı Vüqar Zİfəroğlu və studiyanın müdiri Ramin Rzayev burada görülən işlərdən, tələbələrin studiyadakı praktik fəaliyyətindən bəhs ediblər. Muğam sənətini böyük məharətlə təbliğ edən ustad sənətkara dəvəti qəbul edib gəldiyi üçün minnətdarlıqlarını bildiriblər.

Daha sonra qonaq Tədris teleradio studiyasına müsahibə verərək, Azərbaycan mədəniyyəti tarixində muğam sənətinin uğurlu inkişafından danışıb.

Sonda görkəmli sənətkar Alim Qasımov, ona yaradılan şəraitə görə universitet rəhbərliyinə və fakültə  kollektivinə təşəkkürünü bildirib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009