APA-nın məlumatına görə, fakültənin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimovanın tədris etdiyi “Azərbaycan informasiya agentliklərinin təşəkkülü və inkişafı” fənni ölkəmizin dövlət və özəl informasiya agentliklərinin tarixinə həsr olunub.
Mühazirə zamanı V.Mahirqızı APA İnformasiya Agentliyinin yaranma tarixi, Azərbaycanda söz və mətbuat azadlığının durumu, çağdaş mətbuatın vəziyyəti və perspektivləri barədə fikirlərini açıqlayıb. Sonda o, tələbələri maraqlandıran sualları cavablandırıb.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, Jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli, Beynəlxalq jurnalistika kafedrasının müdiri Həmid Vəliyev və müəllimi Vüqar Əliyev məzmunlu mühazirəyə görə V.Mahirqızına təşəkkürlərini bildiriblər.