BDU-nun Mətbuat tarixi və ideoloji iş metodları kafedrasında professor Nəsiman Yaqublunun görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş açıq dərsinin müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə açan kafedranın dosenti Məhəmmədismayıl Mehdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il aprelin 10-da “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamdan irəli gələn tədbirlərdən biri kimi açıq dərsin keçirilməsini yüksək qiymətləndirib. Fakültə Metodiki Şurasının sədri, professor Cahangir Məmmədli sərəncamın əhəmiyyətindən, Ə.Ağaoğlu şəxsiyyətinin böyüklüyündən bəhslə dərsin də yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib və N.Yaqubluya öz təşəkkürünü bildirib.
Televiziya və radio jurnalistikası kafedrasını müdiri, professor Allahverdi Məmmədli də öz növbəsində Ə.Ağaoğlunun Azərbaycan ictimai-siyasi fikrində oynadığı böyük roldan bəhs edib, onun geniş ictimaiyyətə gizli qalan tərəflərinin elmi araşadırmalara cəlb olunmasının əhəmiyyətini vurğulayıb.
Müzakirədə iştirak edən Beynəlxalq jurnalistika kafedrasının müdiri professor H.Vəliyev, dosent İ.Mazanlı, dosent S.Rəhimova, dosent Q.Quliyeva, f.d. A.Əzimova Əhməd bəy Ağaoğlunu Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan biri kimi xarakterizə ediblər və dərsin yüksək səviyyədə təşkilinə görə N.Yaqubluya minnətdarlıqlarını bildiriblər.
Jurnalistika Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Samir Mirzəyev Ə.Ağaoğlunun “Həyat”, “İrşad” və “Tərəqqi” qəzetlərindəki publisistik yazılarının toplanması və ərəb əlifbasından latın qrafikalı müasir əlifbamıza transliterasiya edilməsinin vacibliyindən bəhs edib və bu barədə müvafiq qurumlara müraciət edilməsini təklif edib. Təklif iştirakçılar tərəfindən bəyənilib və bu istiqamətdə lazımi işlərin görülməsinə qərar verilib.
![]() |
![]() |
![]() |
![]() |