Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Açıq dərsin müzakirəsi keçirilib

17/05/2019

BDU-nun Mətbuat tarixi və ideoloji iş metodları kafedrasında dosent Aygün Əzimovanın demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş açıq dərsinin müzakirəsi keçirilib. Tədbirin moderatoru kafedranın dosenti Məhəmmədismayıl Mehdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli sərəncamdan irəli gələn tədbirlərdən biri kimi açıq dərsin keçirilməsini yüksək qiymətləndirib. Tələbələrin fərdi təqdimatla çıxışına diqqət çəkən fakültə Metodiki Şurasının sədri, professor Cahangir Məmmədli sərəncamın əhəmiyyətindən, C.Məmmədquluzadə şəxsiyyətinin böyüklüyündən bəhs edib və A.Əzimovaya öz təşəkkürünü bildirib.

Televiziya və radio jurnalistikası kafedrasını müdiri, professor Allahverdi Məmmədli də öz növbəsində C.Məmmədquluzadənin Azərbaycan ictimai-siyasi fikrində oynadığı böyük roldan bəhs edib, Mirzə Cəlil dühasının məhsulu olan “Molla Nəsrəddin” jurnalının XX əsrin əvvəllərində ictimai fikrin, “Molla Nəsrəddin” ədəbi məktəbinin, satirik jurnalistikanın, bədii düşüncənin, satirik karikatura janrının formalaşmasındakı mühüm roluna diqqət çəkib.

Müzakirədə iştirak edən professor Nəsiman Yaqublu, dosent Sima Rəhimova, dosent Qərənfil Quliyeva Cəlil Məmmədquluzadənin Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan biri kimi xarakterizə ediblər və dərsin təşkilinə görə A.Əzimovaya minnətdarlıqlarını bildiriblər.

Jurnalistika Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Samir Mirzəyev təqvim planına uyğun olaraq M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, H.Zərdabi, Ö.F.Nemanzadə kimi dövrünün azman şəxsiyyətlərini bu tip açıq dərslərdə tədqiqata cəlb edilməsi fikrini irəli sürüb. Təklif iştirakçılar tərəfindən bəyənilib və bu istiqamətdə lazımi işlərin görülməsinə qərar verilib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009