Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan dekan, dosent Vüqar Əliyev qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, Şəmil Sadiqin müəllifi olduğu “OdƏrlər”, “Yuxu maşını”, “Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər”, “Mən bir müəlliməm” əsərləri barədə qısa məlumat verib.
Daha sonra Şəmil Sadiq tələbələrlə fikirlərini bölüşüb, günümüzdə müasir ədəbi problemlər, tarixi mövzuların ekranlaşdırılması, eləcə də mediada işıqlandırlrıması, müasir ədəbiyyatda yeni yaradıcılıq keyfiyyətləri kimi məslələrdən bəhs edib. Sual-cavab formatında davam edən görüşdə qonaq tələbələrin Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı müxtəlif suallarını cavablandırıb.
Tədbirin sonunda Şəmil Sadiq müəllifi olduğu kitablarını tələbələrə hədiyyə edib.