Jurnalistka fakültəsinin 2-ci kurs ingilis bölməsində Güney Mahmudovanın tədris etdiyi "Televiziya jurnalistikası" fənninin qonağı ARB 24 kanalının Strateji İnkişaf Departamentinin rəhbəri Çinarə Nurməmmədova olub. O, eyni zamanda aparıcısı olduğu "İşgüzar Səhər" verlişindəki televiziya təcrübəsini tələbələrlə bölüşüb.
İnteraktiv şəkildə davam edən dərs prosesi maraqlı sualların cavablandırılması ilə yekunlaşıb.