Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

"ARB 24 NewsLab" təlim proqramına qəbul başlayıb

05/05/2022

Bakı Dövlət Universiteti ilə "ARB24” telekanalı arasında aprelin 29-da imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində  3 aylıq "ARB 24 NewsLab" təlim proqramına qəbul başlayıb.

Təlim proqramına Jurnalistika fakültəsinin 4-cü kurs əyani və qiyabi bölməsinin, magistratura pilləsinin tələbələri qoşula bilərlər. "ARB 24 NewsLab" təlim proqramı  xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü və videomontaj istiqamətlərini əhatə edəcək.

Təlim proqramını uğurla başa vuranların azı 50 faizi “ARB 24” telekanalında işlə təmin olunacaq.

Müraciət etmək istəyənlər mayın 11-i saat 18:00-dək arb24news@arbtv.az ünvanına  CV göndərə bilərlər.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009