Noyabrın 13-də BDU-nun Jurnalistika fakültəsi və Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Arximed 19” layihəsi çərçivəsində şəxsi inkişaf seminarı keçirilib. AzTU-nun rektoru, professor Vilayət Vəliyev iştirakçıları salamlayaraq tələbələrə təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə fəaliyyət sahələrində uğur qazanmış tanınmış şəxslər - jurnalist Aytən Səfərova, “Hünər Group” şirkətinin PR marketinq şöbəsinin rəhbəri Nəsimi Paşayev, nitq təlimçisi Cəlalə Nəzəroğlu, “Orkhanway” coaching şirkətinin təsisçisi Orxan Şahbaz və BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu öz təcrübələrini bölüşüb, həyat hekayələrindən bəhs ediblər. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olmasını vurğulayan spikerlər tələbələri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıblar. “Axına qarşı” mövzusunda keçirilən seminarın əsas məqsədi gənclərin həyatda qazandıqları uğurların dəyərləndirilməsidir.
Sonda layihə rəhbərləri və spikerlərə sertifikatlar təqdim edilib.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |