Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

ATV və Xəzər Televiziyasının əməkdaşları Jurnalistika fakültəsinin tələbələri ilə görüşüblər

05/04/2019

BDU-nun Jurnalistika fakültəsində “Televiziya jurnalistikasının əsasları” dərsinin qonağı “Xəzər” televiziyasının Xəbərlər və informasiya departamentinin baş redaktoru Natiq  Pənahlı və “ATV Xəbər”in müxbiri Elvin Dəmirli olub. Fənn müəllimi, filologiya üzrə fəlsəfə doktoru Billurə Aslanova qonaqları fakültədə görməkdən məmnunluğunu ifadə edib, görüşün keçirilməsinin məqsədi barədə məlumat verib.

Daha sonra Natiq Pənahlı tələbələrlə öz təcrübəsini bölüşüb, xəbər buraxılışının hazırlanmasında diqqət yetirilməli olan məqamlardan, redaktə prosesi, teleaparıcının iş özəlliklərindən danışıb, müasir jurnalistikanın yeni yaradıcılıq keyfiyyətləri kimi məslələrdən bəhs edib. N.Pənahlı əsl jurnalist adını almaq üçün çox böyük səylə çalışmaq, daim mütaliə etmək və bu peşəni sevərək işləməyin əsas şərtlərdən biri olduğunu tələbələrin diqqətinə çatdırıb.

Elvin Dəmirli tələbələrlə görüşdə özünün jurnalistikaya həvəsinin yaranmasından, televiziyaya ilk gəlişindən, müxbir peşəsinin incəliklərindən, çəkiliş zamanı qaşılaşdığı  problemlərdən və hazırki fəaliyyətindən söz açıb, jurnalistikanın çətin və məsuliyyətli peşə olduğunu bildirib.

Hər iki qonaq məhz Jurnalistika fakültəsinin məzunu kimi, görüşdə yaşadıqları duyğuları da tələbələrlə bölüşüblər. N.Pənahlı və E.Dəmirli tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıblar.

Görüşün sonunda tələbələr dəvəti qəbul edib, gələcək jurnalistlərin görüşünə gəldiyinə və dəyərli fikirlərini bölüşdüyünə görə qonaqlara öz təşəkkürlərini bildiriblər.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009