Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Tanınmış jurnalist Azər Qismət tələbələrlə görüşüb

16/05/2019

Jurnalistika fakültəsində Televiziya və radio jurnalistikası kafedrasının təşəbbüsü ilə “Radio və televiziya texnikası və verilişlərin hazırlanması” dərsinin qonağı AzTv-nin “Ədəbi-dram verilişləri” redaksiyasının baş redaktoru, tanınmış jurnalist Azər Qismət olub. Bu cür görüşlərin tələbələr üçün əhəmiyyətinə diqqət çəkən fənn müəllimi Əli Hacıyev görüşün keçirilməsinin məqsədləri barədə məlumat verib.

Hekayə, novella və romanlar müəllifi olan Azər Qismət jurnalistikanın çətin və məsuliyyətli peşə olduğunu bildirib. Qonaq əsl jurnalist adını almaq üçün çox böyük səylə çalışmaq, daim mütaliə etmək və bu peşəni sevərək işləməyin əsas şərtlərdən biri olduğunu tələbələrin diqqətinə çatdırıb. A.Qismət tələbələrlə görüşdə özünün jurnalistikaya həvəsinin yaranmasından və hazırki fəaliyyətindən geniş söz açıb, eləcə də tələbələrin çoxsaylı suallarını cavablandırıb. Qonaq məhz Jurnalistika fakültəsinin məzunu kimi, görüşdə yaşadığı duyğuları da tələbələrlə bölüşüb.

Sonda tələbələr görüşün onlar üçün çox maraqlı, eyni zamanda, maarifləndirici olduğunu dilə gətirərək, qonağa dərin minnətdarlıqlarını bildirib, xatirə şəkli çəkdiriblər.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009