Bu gün Azərbaycan Radiosunun "Xalq yaradıcılığı" və "Gənclik" redaksiyalarının baş redaktorları Tahir Talıblı və Aybəniz Məmmədəliyeva Jurnalistika fakültəsinin qonağı olublar. Tələbələr "Radiojurnalistikanın əsasları" fənnində Azərbaycan radiosunda səslənən verilişləri müəlliflərlə birgə müzakirə ediblər. 43 ilə yaxın radio efirində olan "Bulaq" verilişinə qulaq asmaqla yanaşı irad və təkliflər də qəbul edilib. Qonaqlar radionun qapılarının hər bir tələbəyə açıq olduğunu bildiriblər. Bunun praktik işləmək istəyən tələbələr üçün bir şans olduğu vurğulanıb. Açıq dərs disskusiya şəklində davam edib. Müzakirələrdə fənn müəllimləri Aynur Nəsirova, Şəhanə Sultanova, Güney Mahmudova ilə yanaşı Televiziya və radio jurnalistikası kafedrasının müəllimləri Sevil Həsənova və Sevinc Məmmədova da iştirak ediblər.
Fotoreportaj :ERCAN QIZILBUĞA
IIkurs tələbəsi
![]() |
![]() |
![]() |
![]() |