Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Azərbaycan bədii publisitikası ilə bağlı dərs vəsaiti çap olunub

21/09/2018

Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metoodları kafedrasının dosenti Aygün Əzimovanın “Müstəqillik dövrü Azərbaycan bədii publisistikası” (“Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının materalları əsasında) adlı yeni dərs vəsaiti işıq üzü görüb. Dərs vəsaitində Azərbaycanda milli publisistikanın tarixi-bədii inkişaf mərhələlərinə, jurnal publisistikası ənənələrinə  aydınlıq gətirilir, publisistika ədəbi-bədii yaradıcılığın tərkib hissəsi kimi qiymətləndirlir. Müstəqillik dövrü Azərbaycan bədii publisistikası, onun axtarışları və uğurları dövrün aparıcı mətbu orqanları olan “Azərbaycan”, “Ulduz” və “Qobustan” jurnallarının materialları əsasında təhlil edilir.

Kitab publisitika sahəsini araşdıran tədqiqatçılar, jurnalistika fakültəsində təhsil alan tələbələr, magistrantlar, mətbuat nümayəndələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009