Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədli və dosent Zaur Babayevin “Azərbaycan beynəlxalq radiosu: tarix və müasirlik” adlı metodik-vəsaiti çap olunub. Metodik göstəricidə “Beynəlxalq radio”nun mahiyyəti, 1941-ci ildə yaranan Azərbaycan Beynəlxalq Radiosunun (ABR) tarixi və müasir durumu barədə məlumat verilir, qismən gələcəyi proqnozlaşdırılır.
Elmi-metodik göstərici radio sahəsini araşdıran tədqiqatçılar, jurnalistika fakültəsində təhsil alan tələbələr, magistrantlar, mətbuat nümayəndələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qeyd edək ki, elmi-metodik göstəricinin elmi redaktoru professor Qulu Məhərrəmli, rəyçiləri dosentlər Vəfa İsgəndərova və Natəvan Dəmirçioğludur.