Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Jurnalistika fakültəsinin qonağı olub

13/04/2022

Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini, Qlobal Fotoqraflar Birliyinin Azərbaycan üzrə nümayəndəsi, Professional Fotoqraflar Assosiasiyasının üzvü Rauf  Umudov Jurnalistika fakültəsinin qonağı olub.

Qonaq “Fotojurnalistika” dərsində iştirak edib, fotoqrafiyanın əsas xüsusiyyətləri, forma müxtəlifliyi barədə danışıb.

Rauf Umudov fotoqrafiyanın tarixi, informasiyanın ötürülməsi və saxlanılmasında rolu, fotojurnalistika janrları, kompozisiyanın qurulması ilə bağlı tələbələri məlumatlandırıb. Fotojurnalistin hadisəyə münasibətini, eyni zamanda, müəlliflik hüququnun qorunması və sənədli fotohekayənin düzgün təqdim edilməsi ilə bağlı maraqlı faktları tələbələrin diqqətinə çatdırıb.

Daha sonra Rauf Umudov həm özünün, həm də digər peşəkar fotoqrafların yaradıcılığından nümunələri slayd şəklində nümayiş etdirib.

Tələbələri maraqlandıran suallar cavablandırılıb, görüş diskussiya formasında davam edib.











 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009