Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Azərbaycan mediası yeni müstəvidə” mövzusunda Elmi konfrans keçirilib

11/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində görkəmli ziyalı, professor Nəsir Əhmədlinin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan mediası yeni müstəvidə” mövzusunda respublika Elmi konfransı keçirilib.

Tədbirin moderatoru Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova qonaqları salamlayaraq konfransı açıq elan edib, günün əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra Tədris tele-radio studiyasının (BDU TV) görkəmli alimin həyat və fəaliyyətinə həsr etdiyi videoçarx nümayiş olunub.

Konfransda ölkə mediasının tanınmış nümayəndələri, BDU-nun və Jurnalistika fakültəsinin professor-müəllim heyəti iştirak edib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, “ARB24” telekanalının sədri Radik İsmayılov, BDU-nun professorları Rüfət Rüstəmov, Cahangir Məmmədli, Həmid Vəliyev, Allahverdi Məmmədli, Qulu Məhərrəmli, Sabir Məmmədli, Ramiz Əsgər, Folklor İnstitutunun professoru Əli Şamil,  “ASAN xidmət”- in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev, Jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli, Mərkəzin aparıcı məsləhətçisi Araz Qurbanov, yazıçı-jurnalist İlqar Rəsul, “525-ci qəzet”in redaktoru Yusif Rzayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Cəlalə Nəzəroğlu, Əməkdar jurnalist Namiq Əhmədov, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Təranə Mahmudova çıxış edərək Nəsir müəllimin elm və təhsilimizə, yüksək ixtisaslı jurnalist kadrların hazırlanmasına töhfələr verdiyini, zəngin təcrübəsi ilə tələbə-gənclərə dəstək olduğunu vurğulayıblar. Professor Nəsir Əhmədlinin Azərbaycan dilinin saflığının qorunmasında əvəzsiz xidmətlər göstərdiyini bildiriblər.




Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009