Beynəlxalq Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynovun “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” kitabının üçüncü cildinin təqdimatı keçirilib.
Azərbaycan Mətbuat Şurasının, Bakı Dövlət Universitetinin və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, kitabdakı materialları araşdırıb toplayan, yazıları ərəb əlifbasında latın əlifbasına çevirən professor Şirməmməd Hüseynovdur. Kitabı Şirməmməd Hüseynov ömrünün “şah əsəri” hesab edən millət vəkili bunu müəllifin Azərbaycana, onun istiqlalına olan sevgisi ilə əlaqələndirib.
Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, akademik, millət vəkili Nizami Cəfərov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili, Hikmət Babaoğlu, tarix elmləri doktoru, professor Solmaz Tohidi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli kitab barədə dəyərli fikirlərini bölüşüb, yeni nəşri Azərbaycan Xalq Cümhuriyyətinin qarşıdan gələn 100 illik yubileyinə ən böyük hədiyyə olduğunu söyləyiblər. Qeyd edək ki, nəşrin transliterasiya redaktorları BDU-nun Jurnalistika fakültəsinin professoru Şamil Vəliyev və “Jurnalistika” Elmi–tədqiqat laboratoriyasının elmi işçisi Samir Mirzəyevdir.
![]() |
![]() |
![]() |
![]() |