Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

"Azərbaycan" qəzetində perlament hesabatları və şərhlər kitabının III cildi nəşr olunub.

25/05/2017

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ərəfəsində "Azərbaycan" qəzetində perlament hesabatları və şərhlər kitabının III cildi nəşr olunub.Kitab müsəlman Şərqində ilk parlamenli respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin ilk parlamanı- Məclisi-Məbusanının fəaliyyətinə dair "Azərbaycan" qəzetində dərc olunmuş hesabatlar və şərhlərdən bəhs edir. Məlumdir ki, "Azərbaycan" qəzeti 23 ay fəaliyyət göstərmiş müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin salnaməsi olmuşdur. Qəzetin 443 nömrəsində xüsusilə parlament həyatına aid dəyərli hesabatlar və şərhlər vardır. Kitab tariximizin bu mötəbər mənbəyini öyrənmək istəyən hər bir oxucu üçün faydalıdır. Kitabdakı materialları araşdırıb toplayanı, yazıların 145-dən 110-nu ərəb əlifbasından latın əlifbasına çevitəni professor Şirməmməd Hüseynov, transliterasiya redaktoru və 35 yazını latın əlifbasına çevirən Jurnalistika fakültəsinin elmi işçisi Samir Mirzəyevdir. Kitabın digər transliterasiya redaktoru və  məsləhətçisi professor Şamil Vəliyevdir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009