Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə Jurnalistika fakültəsinin qonağı olub

22/04/2022

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə 2-ci kurs tələbələrinə “Şuşa ili çərçivəsində həyata keçirilən layihələr və mediada təbliğatı” mövzusunda mühazirə keçib. Tələbələr yeni məlumatlar əldə etməklə yanaşı, Nazirliyin həyata keçirdiyi layihələrdə iştirak etməyə cəlb olunublar.
Qarşılıqlı fikir mübadiləsi fonunda aparılan dərs prosesində. Məryəm Qafarzadə tələbələri maraqlandıran sualları cavablandırıb.
Fənn müəllimi Günel İlqar maraqlı və əhatəli mühazirəyə görə qonağa təşəkkürünü bildirib.
Daha sonra  qonaq fakültənin nəzdində fəaliyyət göstərən Tədris tele-radio studiyası ilə  tanış olub və BDU TV-yə müsahibə verib.
Məryəm Qafarzadə  eyni zamanda “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının müdiri Aynur Nəsirova ilə də görüşüb, Mədəniyyət Nazirliyinin yeni əməkdaşlıq layihələri müzakirə edilib..

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə 2-ci kurs tələbələrinə “Şuşa ili çərçivəsində həyata keçirilən layihələr və mediada təbliğatı” mövzusunda mühazirə keçib. Tələbələr yeni məlumatlar əldə etməklə yanaşı, Nazirliyin həyata keçirdiyi layihələrdə iştirak etməyə cəlb olunublar.

Qarşılıqlı fikir mübadiləsi fonunda aparılan dərs prosesində. Məryəm Qafarzadə tələbələri
maraqlandıran sualları cavablandırıb.

Fənn müəllimi Günel İlqar maraqlı və əhatəli mühazirəyə görə qonağa təşəkkürünü bildirib.

Daha sonra  qonaq fakültənin nəzdində fəaliyyət göstərən Tədris tele-radio studiyası ilə  tanış olub və BDU TV-yə müsahibə verib.

Məryəm Qafarzadə  eyni zamanda “Beynəlxalq jurnalistika və informasiya siyasəti” kafedrasının müdiri Aynur Nəsirova ilə də görüşüb, Mədəniyyət Nazirliyinin yeni əməkdaşlıq layihələri müzakirə edilib.






Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009