Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Azərbaycanda akkreditə olunmuş jurnalist Muhammad Tayyad tələbələrə mühazirə deyib

01/04/2022

Bu gün Azərbaycanda akkreditə olunmuş jurnalist, Pakistanın ən böyük rəqəmsal şəbəkəsi “urdupoint”un nümayəndəsi Muhammad Tayyab Jurnalistika fakültəsinin qonağı olub.

O, birinci kurs tələbələrinə İnformasiyalı janrlar və xəbər jurnalistikası fənnindən "Xəbər mətninin hazırlanması" mövzusunda mühazirə deyib.

Dərs prosesi interaktiv və qarşılıqlı fikir mübadiləsi fonunda aparılıb. Fənn müəllimi Esmira Rövşənova maraqlı və əhatəli mühazirəyə görə qonağa təşəkkürünü bildirib.

M.Tayyab fakültənin nəzdində fəaliyyət göstərən Tədris tele-radio studiyası ilə də tanış olub, orada  tələbələrin praktik şəkildə keçən dərs prosesini  izləyib.
Qonaq eyni zamanda studiyanın fəaliyyəti ilə bağlı müsahibə də verib.






Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009