Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

"Azərbaycanda televiziya yayımının inkişaf mərhələləri" adlı kitab işıq üzü görüb

09/10/2017

Jurnalistika fakültəsi Televiziya və Radio jurnalistikası kafedrasının saathesabı müəllimi, filologiya üzrə fəlsəfə doktoru Billurə Aslanovanın "Azərbaycanda televiziya yayımının inkişaf mərhələləri" adlı dərs vəsaiti işıq üzü görüb. Kitabda Azərbaycanda televiziya quruculuğu, yaradıcı mühit və ilk proqramlar, televiziya yayımının inkişaf mərhələləri, proqram şəbəkəsi, uğurlar və qüsurlar; yerli televiziyanın sovet dövrü mənzərəsinə müasir baxış, müqayisəli təhlillər  və s. mövzular öz əksini tapıb. Kitabda həmçinin Azərbaycan televiziyasının inkişaf tarixində daha öncə aparılan tədqiqatlar haqqında məlumatlar verilib.

Qeyd edək ki, Jurnalistika fakültəsinin müəllim-tələbə heyəti, televiziya işçiləri üçün nəzərdə tutulan kitab, ümumilikdə Azərbaycan Televiziyasının inkişaf mərhələlərinin öyrənilməsi baxımından faydalı mənbə hesab oluna bilər.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009