Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Bakı Dövlət Universiteti hər iki şirkətin monitorinqində birincidir

04/07/2017

Azərbaycanın bütün mediasının monitorinqini aparan Media Təqib Mərkəzi və Media Consalting & Services şirkəti 2017-ci ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb. Hər iki şirkətin Azərbaycanın internet məkanı, sosial mediası, gündəlik qəzetlərində yayımlanmış məlumatlar əsasında hazırlanmış monitorinqlərinin nəticəsinə  görə ali təhsil müəssisələri arasında ilk yer Bakı Dövlət Universitetinin payına düşür.

Sonrakı yerləri Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dillər Universiteti tutur.

Qeyd edək ki, ötən ayın monitorinqinə görə də Bakı Dövlət Universiteti hər iki reytinqdə birinci idi.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009