Fakültənin dekan əvəzi, dosent Vüqar Əliyev, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Dövlət İmtahan Komissiyasının sədri, "Şərq" qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı imtahan prosesini izləyiblər. Prosesin gedişinə diqqət çəkən A.Aşırlı tələbələrin hazırlıq səviyyəsindən razılıq ifadə edib Bildirib ki, dövlət imtahanı gedən bütün auditoriyalara baş çəkdik. Tələbələrlə söhbətlər apardıq. Onları sualların tərtibi barədə sorğu-sual etdik. Hər şeyin qaydasında olduğunu və hansısa çətinliklərin olmadığını bildirdilər. Hazırlıq səviyyələri kifayət qədər yüksək idi.
![]() |
![]() |