BDU-nun Jurnalistika fakültəsində “Televiziya jurnalistikasının əsasları” dərsinin növbəti qonaqları İctimai Televiziyanın böyük redaktoru Ramil Ələkbərov və Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev olub.
Fənn müəllimi, filologiya üzrə fəlsəfə doktoru Billurə Aslanova qonaqları fakültədə görməkdən məmnunluğunu ifadə edib və görüşün keçirilməsinin məqsədi barədə məlumat verib. Sonra qonaqlar mövzu ilə bağlı öz bilgi və təcrübələrini tələbələrlə bölüşüblər.
Əvvəlcə, Ramil Ələkbərov TV ssenarinin yazılışı, ssenari texnikasının incəlikləri mövzusunda söz açaraq, bütövlükdə “TV üçün necə yazmalı” sualına cavab verməyə çalışıb. O, İTV-nin “Carçıfilm” studiyası ilə işlədiyi sənədli filmlər, Elm və təhsil verilişləri departameniti üçün hazırladığı verilişlərin ssenariləri əsasında nümunələr göstərərək tələbələrə dəyərli məsləhətlər verib.
Daha sonra Fuad Quliyev TV-də rejissor işinin məsulyyəti, peşə vərdişləri və ənənələri, eləcə də montaj prosesinin əsas xüsusiyyətləri və tələbləri haqda danışıb. O, Bakı Media Mərkəzinin ən baxımlı telelayihəsi olan “Oralar” (ATV) verilişinin xarici ölkə çəkilişlərindən, montaj işindən də bəhs edib.
Qonaqlar tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıblar.
Görüşün sonunda tələbələr dərsdə iştirak etdiklərinə, maraqlı fikirlərini və dəyərli təcrübələrini bölüşdüklərinə görə qonaqlara öz təşəkkürlərini bildiriblər.
![]() |
![]() |
![]() |
![]() |