Bu gün Bakı Dövlət Universitetində ənənəvi NOVRUZ şənliyi keçirilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bayram təbriklərini çatdırıb. Bahar bayramını birlik, həmrəylik, qardaşlıq rəmzi kimi xarakterizə edən rektor, onun tarixi əhəmiyyətindən bəhs edib.
Sonra 17 fakültənin hər birinin böyük zövqlə ərsəyə gətirdiyi Novruz səhnəsinə baxış keçirilib. Rektoru qarşılayan fakültə dekanları və tələbələr hazırladıqları səhnələr haqqında məlumat veriblər. Onların hər birinin işi ilə ayrı-ayrılıqda tanış olan rektor bayramlarını təbrik edib, xoş günlər arzulayıb.
Münsiflər heyətinin seçimilə qaliblər müəyyənləşib.
Novruz adət -ənənələrinin , simvollarının təqdim olunması ilə bağlı fakültələr arasında keçirilən bu müsabiqədə Jurnalistika fakültəsi birincilik qazanıb. Qaliblərə pul mükafatı təqdim edilib.
Əvvəlki Novruz tədbirlərində də uğurla iştirak edən fakültənin bu üçüncu qalibiyyətidir. Tələbələrin sözlərinə görə, bu işdə fakültə dekanı Yalçın Əlizadənin, dekan müavini Əli Hacıyevin və Tələbə Həmkarlarının xüsusi xidməti var.
Tədbir konsert proqramı ilə başa çatdı.