Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Jurnalistika fakültəsinin dekanı GYF-nin qonağı olub

09/02/2018

08 fevral 2018-ci il tarixində Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev və AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqqında ətraflı məlumat verib.

Çay süfrəsi ətrafında keçən görüşdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev və AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü yüksək qonaqpərvərliyə görə fond rəhbərliyinə dərin təşəkkürlərini bildirərək gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Görüşün sonunda xatirə hədiyyəsi olaraq qonaqlara “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi- QARDAŞ KÖMƏYİ” kitabı təqdim edilib və xatirə şəkli çəkilib.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009