Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

BDU rektoru universitetin jurnalist əməkdaşlarını Milli Mətbuat Günü münasibətilə qəbul edib

22/07/2019

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Jurnalistika fakültəsinin və Mətbuat və informasiya şöbəsinin bir qrup əməkdaşı ilə görüşüb, onları 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib.
Görüşdə jurnalistika sahəsində ixtisaslaşmalar, sahə jurnalistikası, tələbələrin ölkənin ən nüfuzlu media qurumlarında təcrübə keçmələri üçün əlverişli şəraitin yaradılması, jurnalistika ilə bağlı nəşrlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında müxtəlif məzmunlu verilişlərin hazırlanması, tələbə yaradıcılığına geniş yer verilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009