Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (BDU THİK) 31 dekabr “Dünya azərbaycanlılarının Həmrəylik Günü”-nə həsr olunmuş “Azərbaycan deyəndə...” adlı publisistik yazı müsabiqəsi elan edir.
Müsabiqənin şərtləri :
- müsabiqədə yalnız Bakı Dövlət Universitetinin tələbələri iştirak edə bilər. ( hər tələbə 1 yazı təqdim edə bilər )
- dəqdim olunan yazılar orjinal, özünəməxsus yanaşma tərzi ilə fərqlənməlidir.
- Müsabiqəyə nə vaxtsa bu və ya digər formada çap olunmuş yazılar qəbul olunmur.
- Yazılar Times New Roman (şrift), 12 ölçüdə və 1 pt formasında aşağıdakı elektron ünvanda qəbul olunur.
- Yazıların son qəbul tarixi 15 dekabr 2011