Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

BDU Türkiyənin “Yazar”qəzetinin gündəmində

07/10/2021

Noyabr ayında Bakı Dövlət Universiteti (BDU) Jurnalistika  fakültəsinin İKSAD (İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu) ilə birgə keçirəcəyi “1 Millət 6 Dövlət Ortaq media (Türkdilli dövlətlərin media platforması)” adlı Beynəlxalq humanitar və ictimai elmlər konfransı ilə bağlı xəbərlər Türkiyə mediasında da yer almaqdadır. Konfransla bağlı elan "özəl xəbər" başlığı altında  "Yazar" qəzetinin rəsmi saytında təqdim edilib. Həmçinin, Küresel Qazeleciler Konseyinin web saytında konfransla bağlı xəbər yayımlanmış, konseyin başqanı Mehmet Ali Dimin açıqlamasına yer verilmişdir.

Qeyd edək ki, konfransda Azərbaycanla yanaşı dünyanın bir sıra aparıcı ölkələrinin, o cümlədən Türkdilli dövlətlərin tanınmış elm xadimlərinin  iştirakı gözlənilir. 

https://www.yazargazetesi.com.tr/amp/ozel-haber/1-millet-6-devlet-ortak-medya-turkce-konusan-ulkelerin-medya-platformu-h706359.html

https://www.kgk.org.tr/kgk-uluslararasi-kongrenin-paydasi-oldu/

 

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009