Jurnalistika fakültəsinin Tədris tele-radio studiyası (BDU TV) "EXTRA TİME" adlı yeni layihəyə start verib.
Verilişin ilk buraxılışının qonağı fakültənin keçmiş məzunu, idman şərhçisi və ekspert Tural Məmmədli olub.
Verilişdə məqsəd idmana olan marağı daha da artırmaq , futbol arenalarında və futbol dünyasında baş verən ən aktual hadisələrdən sizləri xəbərdar etməkdir.
Qeyd edək ki, layihənin rəhbəri və aparıcısı fakültənin 3-cü kurs tələbəsi Ziya Muharremdir.