Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

BDU-da "Puşkiniana-2019" layihəsinin nəticələrinə aid tədbir keçirilib

11/06/2019

Bakı Dövlət Universitetində (BDU) "A.S.Puşkin muzeyləri  dünya xəritəsində" devizi altında keçirilən "Puşkiniana-2019" layihəsinin nəticələrinə aid tədbir keçirilib.

Layihə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, “Rossotrudnichestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Rus İcması və Azərbaycan Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilib.

Azərbaycanın şagird və tələbələri mart-may aylarında Aleksandr Puşkinin yaradıcılığına aid şeyr müsabiqələrində, esselərin yazılmasında, mini-tamaşaların göstərılməsində, yaradıcı təqdimatlarında, musiqi əsərlərin ifasında iştirak ediblər.

"Puşkiniana-2019"-nın qaliblərinə diplomlar və hədiyyələri BDU-nun prorektoru İradə Əliyeva, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin, Rusiya Federasiyasının Səfirliyinin müşaviri İqor Eronin, “Rossotrudnichestvo” nümayəndəliyinin rəhbərinin müavini Aleksandr Kalamin, protoirey Dionisi Sveçnikov və BDU nəzdində fəaliyyət göstərən “Rus Dünyası” Fondunun Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova təqdim ediblər.

Qaliblər sırasında BDU Filologiya fakültəsinin tələbəsi Rafaella Həsənova da var. Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova tədbirin münsiflər heyətinə sədrlik etdiyinə görə fəxri diplomla təltif edilib.

Tədbir konsert proqramı ilə davam edib.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009