15 sentyabr - Bilik günü münasibətilə Bakı Dövlət Universitetində tədbir keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edib. Bu il universitetə 3472 nəfər tələbənin qəbul olunduğunun deyən rektor onlardan 219 nəfərinin 600-dən, 49 nəfərin isə 650-dən yuxarı bal topladığını diqqətə çatdırıb.Bu il universitetə 3472 nəfər tələbənin qəbul olunduğunun deyən rektor onlardan 219 nəfərinin 600-dən, 49 nəfərin isə 650-dən yuxarı bal topladığını diqqətə çatdırıb. Abel Məhərrəmov xüsusi olaraq qeyd edib ki, dünyada mövcud olan 150 minədək universitetdən yalnız 20 min top universitet sayılır ki, bu günlərdə həmin universitetlərdən 700-nün adı açıqlanmış, ötən il olduğu kimi, bu il də həmin siyahıda Bakı Dövlət Universiteti yer tutmuşdur.
Sonda akademik Abel Məhərrəmov yüksək bal toplayan gənclərə tələbə biletlərini, universitetin tarixini əks etdirən bukleti təqdim edib, onları bir daha təbrik edərək birlikdə xatirə şəkli çəkdirib.
Tədbirdən sonra Jurnalistika fakültəsində birinci kurs tələbələri ilə görüş keşirilib.