Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

BDU-da “Jurnalistika təlimləri”nə start verilib

09/10/2017

Jurnalistika fakültəsinin Teleradio studiyasında “Jurnalistika təlimləri” keçirilməyə başlayıb. Bugünkü təlimin mövzusu “Telexəbərin hazırlanması”, təlimçi isə Televiziya və radio jurnalistikası kafedrasının dosenti, ARB TV-nin Bakı Xəbər Departamentinin baş redaktoru Aynur Nəsirova olub. Təlimdə tələbələrlə yanaşı, fakültənin əməkdaşları da iştirak ediblər. Tələbə-jurnalistlərə jurnalistikanın əsas şərtləri, jurnalistin vəzifələri, izləyici maraqlarının gücləndirilməsi metodları, televiziya xəbərlərinin hazırlanmasına verilən tələblər haqqında məlumat verilib. Həmçinin, iştirakçılar informasiyanın və məlumatın əldə edilməsi üçün metodlar, internetin və sosial şəbəkələrin verdiyi imkanlarla bağlı nəzəri və təcrübi biliklər də əldə ediblər.

Təlimlərin keçirilməsində əsas məqsəd tələbə-jurnalistlərin televiziya və radio sahəsində peşə vərdişlərinin formalaşması və praktik bilgilərinin artırılmasıdır.

Qeyd edək ki, təlimlər davam edir.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009