BDU-nun müxtəlif fakültələrinin tələbələrindən ibarət yığma komanda bütün oyunlar üzrə qələbə qazanaraq birinci yeri tutub.
Mayın 5-dən 12-dək Azərbaycan çempionatının basketbol üzrə birinci liqasında da BDU komandası qalib olub. Belə ki, final hissədə Bakı və Azərbaycanın müxtəlif rayonlarından 8 komanda iştirak edib. Yarımqruplar arasında keçirilən üç görüşdən qələbə qazanan BDU komandası final mərhələsində Renat və Makkabi komandaları yenərək birinci yeri tutub.
Beləliklə, aprelin 22-dən mayın 12-nədək keçirilən iki yarışda iştirak edən BDU komandası aliməktəblərarası çempion olub.
Mətbuat və informasiya şöbəsi