Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

BDU-nun doktorantları beynəlxalq elmi simpoziumda

26/11/2022

Bakı  Dövlət  Universitetinin (BDU)  Jurnalistika fakültəsinin doktorantları  Səbinə İzzətli və Şahnaz Abdullayeva  “Çanaqqaladan Qarabağa Türkün Zəfəri”  adlı  beynəlxalq  elmi  simpoziumda  iştirak edib.

Fakültənin  Yeni  media və kommunikasiya  nəzəriyyəsi  kafedrasının doktorantı  Səbinə İzzətli  “2-ci Qarabağ müharibəsi Qərb mediasında: saxta xəbər və kontent doğrulama problemi”  elmi məruzəsi ilə çıxış  edib. 

Beynəlxalq  jurnalistika  və  informasiya  siyasəti  kafedrasının  doktorantı  Şahnaz Abdullayeva isə  “II Karabağ savaşı sırasında Gence’ye düzenlenen balistik füze saldırılarının uluslararası basında yansıtılma biçimi” elmi məruzəsi ilə simpoziuma qatılıb.

Simpoziumda  8 fərqli sessiyada  ayrı-ayrı elm sahələrinin  aktual problemlərinə həsr olunmuş  150-dən çox elmi məruzə təqdim olunub.

44 günlük İkinci Qarabağ savaşına – Vətən müharibəsinə həsr  olunmuş  simpozium  Azərbaycan, Türkiyə, Özbəkistan, Ukrayna, İsveç və Polşadan olan nümayəndələrin iştirakı ilə təşkil olunub.

26 noyabr 2022-ci ildə Türkiyədə, Qars-Əskişəhərdə onlayn keçirilən elmi görüş  Beynəlxalq  Elm-Təhsil Mərkəzinin, Qars Qafqaz Universitetinin (Türkiyə), Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun, Əskişəhər Azərbaycanlılar Dərnəyinin, Dünya  Azərbaycanlıları Platformunun (Ankara), Turan Elçiləri Təşkilatının (Konya) və Naxçıvan Universitetinin təşkilatçılığı ilə gerçəkləşib.




Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009