Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

BDU-nun şəhid tələbə və məzunlarının xatirəsinə

07/05/2021

Bakı Dövlət Universiteinin (BDU) Jurnalistika fakültəsinin Tədris tele-radio studiyası (BDU TV) yeni layihəyə start verib. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Universitetin tələbə və məzunlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə videoçarxların hazırlanmasına başlanılıb.

İlk videoçarx BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunu olmuş şəhid Cavid Manafovun xatirəsinə həsr edilib.

Qeyd edək ki, müharibə zamanı göstərdiyi şücaətə görə Cavid Manafov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif olunub.

Vətən uğrunda canından keçən şəhidlərimizi qürurla anır, ehtiramla yad edirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009