Nüfuzlu “Sky News”, “BBC”, “Thomson Reuters”, “ITV News” beynəlxalq media qurumlarının ən qabaqcıl təcrübəsi təlimə qatılmış 140 nəfərdən artıq qonağın böyük marağına səbəb olub.
İnteraktivlik, maraqlı diskussiyalar, təcrübə mübadiləsi ilə yadda qalan “Breaking News!” Media Weekend 2019 iştirakçılarını rəqəmsallaşan mediada son trendlər və bir çox digər yeniliklər ilə tanış edib.
Təbirdə BDU-nun Mətbuat və informasiya şöbəsinin əməkdaşları, Jurnalistika fakültəsinin müəllimləri və tələbələri də iştirak ediblər.
İki gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.